"Xatirənin əri daha yaxşı xanıma layiqdir" - Vasif

Bu sözləri, Əməkdar artist vasif Məhərrəmli lent.az-a müsahibəsində deyib. O, duet ortağı Xatirə İslamın ailəsindən söz açıb. Vasif bildirib ki, həmkarının həyat yoldaşı Fəxrəddin bəylə dostdur və onun Xatirəyə yaraşdırmır:
"Fəxrəddinin savadına, dünyagörüşünə heyranam. Bir neçə dil bilir. Buna qibtə edirəm. Yeri gələndə Xatirəni ona yaraşdırmıram. Düzünü bilmək istəyirsinizsə, Fəxrəddin daha yaxşısına layiqdir. Xatirə inciməsin. Ona hər zaman o barədə bəxtəvərçilik verirəm. Deyirəm, get gecə-gündüz dua et ki, qarşına belə insan çıxıb: saf, təmiz, ağıllı, savadlı".