"Ən ucuz salfet səndən bahadı" - Sərxan Kərəmoğlu müğənniləri HƏDƏF ALDI

"Ən ucuz salfet səndən bahadı" - Sərxan Kərəmoğlu müğənniləri HƏDƏF ALDI Məşhur teleaparıcı Sərxan Kərəmoğlu "Xəzər Tv" də yayımlanan "Hər şey daxil" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, veriliş zamanı Sərxan Kərəmoğlu toya gedən bəzi müğənnilər haqqında təhqiredici sözlər işlədib:

"Mən demişəm ki, kim bir dəfə toy edəcəksə, məni dəvət eləsin. Üç-dörd dəfə toy edən insan məni aparıcı kimi toyuna dəvət etməsin. Çünki toy ömürdə bir dəfə olar. O toya da aylarla hazırlaşarsan. Toyda ən ucuz alınan şey salfetdir. Amma bəzi müğənnilərimiz var ki, o ucuz salfet onlardan önəmlidir. Ən azı o salfet aylar, günlər öncə alınır. Amma müğənni var ki, restoranda oturduğu yerdə ona zəng gəlir, durub toya gedir. O toya ən azı mən gedə bilərəm çünki mən Sərxanam amma sənin adın ,sanın var axı. Ona görə bir daha deyirəm, ən ucuz salfet səndən bahadı".
Geri qayıt