Bəhram Bağırzadə ərəb turisti döydü - Səbəb

Bəhram Bağırzadə ərəb turisti döydü - Səbəb Bəhram Bağırzadədən etiraf...
Əmədar artist Bəhram Bağırzadə Murad Arifin müəllifi olduğu “Popumuz var” adlı verilişinin qonağı olub.

Yenisabah.az xəbər verir ki, aktyor ərəblərin Bakının mərkəzində etdiyi nalayiq hərəkətlərdən danışıb. B.Bağırzadə bu cür hərəkətlərin yolverilməz olduğunu bildirib və ərəb kişilərinin Azərbaycan qadınlarına etdiyi əxlaqsız hərəkətlərə sərt şəkildə reaksiya verib:

“Əgər ərəblər gəlib özlərini burada pis aparırlarsa, deməli biz günahkarıq. Deməli, biz o səviyyəyə gətirib çatdırmışıq ki, onlar bizim azərbaycanlı qadınlarımıza sataşırlar. Və mən həmişə demişəm ki, qadın fahişə deyil, kişi fahişədir ki, qadını o günə salıb ki, gedib o yola çıxıb. İctimai qınaq olmalıdır. Polislər göz yumub baxmamalıdırlar.

Əməkdar artist azərbaycanlı qadını ərəb turistlərinə təklif edən bir nəfəri döydüyünü də etiraf edib:

“Hər kişi onu götürə bilmir. Mən onu götürə bilmirəm. Mən o gün birisinin çənəsinə qoydum. Mən onu etdim. Həmin kişi azərbaycanlı qadını təklif edirdi ərəbə. Düzdür, sonra problemlərim yarandı, amma mən bunu etdim”.
Geri qayıt