Tanınmış prodüser: "Anamın məsləhətləri məni uçuruma aparıb"- VİDEO

Tanınmış prodüser: "Anamın məsləhətləri məni uçuruma aparıb"- VİDEO ARB TV-nin "Evgördü" verilişiprodüsser Təranə Səmədovanın evində qonaq olub.

Məlumata görə, o, prodüserlik fəaliyyətindən danışıb:

"Bilirəm ki, gücüm nəyə çatır, bundan daha artıq işlər görə bilərəm. Şou-biznes durğunlaşıb. Elə zamana gəlib çıxmışıq ki, müğənnilər əvvəlki kimi pul qazana bilmirlər deyə, prodüsserlə işləməyi artıq xərc kimi düşünürlər. Mənə görə şou-biznesin ən bahalı prodüsseri Vaqif Gərayzadə və Nigar Hacızadədir. Daha sonra isə Tolik, Yalçın Cabbarov, Aqşin, Emin Əfəndinin işlərini bəyənirəm".
Produsser sonda anasıyla olan münasibətinə də toxunub:
"Anam çox saf qadındır. Onun ürəyini almaq çox asandır. Anamın mənə verdiyi məsləhətlər məni uçuruma aparıb. Atam tez dünyasını dəyişdiyi üçün məni anam böyüdüb. Hər şeyimi ona borcluyam. Onunla söz-söhbətimiz düşən anda, qanlı-bıçaqlı düşmən olan zamanda demişəm ki, sən mənim anamsan. Sənə ömür boyu borcluyam".
Geri qayıt