Adamlar var ki, məndən ötrü özünü lezva ilə doğrayır

Adamlar var ki, məndən ötrü özünü lezva ilə doğrayır "Sonradan verilən adlar vacib deyillər”.

Bu sözləri Manaf Ağayev Arb telekanalında yayımlanan "Show News” verilişinə verdiyi açıqlamasında söyləyib.

Müğənni qüsursuz olduğunu bu sözlərlə dilə gətirib:

""Toylar kralı” deyə təqdim edilməyi yığışdırmışam. Adım bəsdir – Manaf Ağayev. O ad mənə alçaqlıq gətirmir ki? Adım brenddir. Sonradan verilən adlar vacib deyillər”. Qüsurum yoxdur ki, nəyəsə görə xəcalət çəkim. Sənəti olmayıb sənətdən danışmaq bədbəxtçilikdir. O, yazıq adamdır. Mən yaxşı oxuyanam, amma bunu demirəm. Deyirəm ki, sadə, yaxşı insanam. Ona görə məni çox sevirlər. Mikrofonu ələ alanda insana qiymət verirlər. Elə adamlar var ki, məndən ötrü özünü lezva ilə doğrayır. Eləsi də var ki, onu heç vaxt toyuma gətirmərəm deyir. Xalqın yarısı məni sevirsə, xoşbəxtəm. Adam var ki, heç onu yüz min adam sevmir. Mənim zonam məndən ötəri ölür”.
Geri qayıt