Xoşqədəm ATV və ANS-dəki — MƏVACİBİNİ AÇIQLADI

Xoşqədəm ATV və ANS-dəki — MƏVACİBİNİ AÇIQLADI Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı aylıq gəlirindən danışıb.

XalqXeber.Az xəbər verir ki, o, aparıcısı olduğu Səni axtarıram verilişində bildirib ki, 3 il öncəyə qədər min manat məvacib alırmış:

İşlədiyim telekanallara milyonlar qazandırmışam. Amma aparıcı kimi məvacibim əvvəlcə 500, sonra 600, ardınca isə 1000 manat olub. Yalnız Xəzər televiziyasına gəldikdən sonra daha yüksək maaş almağa başladım. Halbuki müəllifi olduğum layihəni telekanallara satsaydım, milyonlar qazanardım.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Xəzər televiziyasından öncə ATV və ANS-də çalışıb.
Geri qayıt