"Hər çantadaşıyan konsert etsə, nə oldu?" - Tolik Şəbnəmə söz atdı

"Hər çantadaşıyan konsert etsə, nə oldu?" - Tolik Şəbnəmə söz atdı Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub.

O, Türkiyədə konsert verən sənətçilərə söz atıb. Tolik Əməkdar artist Xumar Qədimovanın İstanbulda verdiyi konsertin görüntülərini paylaşaraq bunları yazıb:

"Allah Nahidə (təşkilatçı Nahid Emiloğlu - red.) rəhmət eləsin. Hər çantadaşıyan konsert etsə, nə oldu? Xumar Qədimovadan başqa hələ heç kim İstanbulda konsert verməyib. Açıq havada pulsuz bələdiyyə konsertlərini və gecə klublarını nəzərdə tutmuram.

Konsert dediyin budur: istər piar, istər tamaşaçı, istərsə də təşkilatçılıq. Yalandan bəh-bəh deməklə deyil. Kimin acığına gəlir gəlsin, səhifəmin qapısı açıqdır, yaza bilər. İnsan özünü aldatmaz. Bəziləri kimi yaltaqlana bilmərəm".

Qeyd edək ki, müğənni Şəbnəm Tovuzlu ötən gün İstanbulda solo konsert verib.
Geri qayıt