"Kimsə cəsarət edə bilməz” - “Həcilər “maşennik”dir” sözünə Şəbnəmdən reaksiya

"Kimsə cəsarət edə bilməz” - “Həcilər “maşennik”dir” sözünə Şəbnəmdən reaksiya Müğənni Şəbnəm Tovuzlu izləyicisindən əri ilə bağlı gələn suala sərt cavab verib...
İfaçı ona gələn “Kamil deyir, Həcilər “maşennik”dir. Sizin fikriniz nədi? Sizin Həciniz namaz qılır?” sualına cavabı maraqlı olub:

“Kamil mənim həcimlə yaxındır və dostdur. O bilir hansı həcilərə deyir. Mənim yoldaşım abırlı və mərd insandır, ona kimsə cəsarət edə bilməz o sözü deyə. “Tembole” Kamillə yaxındırlar”.

Xatırladaq ki, idmançı Kamil Zeynallı videomüsahibəsində son zamanların ən çox müzakirə olunan məsələlərindən olan “hacı”lardan da danışıb. O, hacıları kəskin tənqid edib: “Özləri bilirlər həcilər nədirlər? İnan Allaha, özləri güzgüyə baxırlar və görürlər ki, həci adı onlara yaraşmır. Sadəcə gedirlər. Yaxşı edirlər. Allahın evidir. Hər müsəlmanın borcudur getmək. Amma Azərbaycanda həcilərin 90%-i “maşennik”, yalançı, alkaş, oğru, “bandit”dir”.

yeni sabah
Geri qayıt