"Lazım olanda aktyorları çubuqla da vururam" - Nicat Kazımov

"Lazım olanda aktyorları çubuqla da vururam" - Nicat Kazımov Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazımov qonağı olduğu "Nəsib olsa" verilişində maraqlı açıqlamalarla çıxış edib.

Məlumata görə, Kazımov tamaşaçıların teatra gəlməməyinin səbəbini teatrlarda gördüyünü söyləyib. O, yeni nəsil aktyorlardan da danışıb:

"Deməzdim ki, teatra istedadlı uşaqlar gəlmirlər. Desəm, deyərlər ki, bəs "Leyli və Məcnun"u kiminlə hazırlamısan? İstedadlılar var. Amma mən tamaşaçını günahlandırmıram. Ola bilər ki, bu, reklamın az olması, yaxud zəif tamaşalarla bağlıdır. Tamaşaçı gəlir, zəif tamaşaya baxır və ikinci dəfə teatra gəlmir. Axı teatrda yalnız bir rejissor çalışmır. Ona görə də teatrda keyifəyyətli işlər təqdim edilməlidir".

N.Kazımovun sözlərinə görə, o, 1996-cı ildən Gənc Tamaşaçılar Teatrının gənc aktyorları ilə çalışır

"Gənclər gəlirlər və biz onlarla yenidən başlamalı oluruq. Bəzən onların xətrinə də dəyirəm, hətta aktyorları çubuqla da vururam. Ancaq uşaqlar sağ olsunlar ki, məndən incimirlər. 1996-cı ildən Gənc Tamaşaçılar Teatrına gələn bütün gənc aktyorlar mənim əlimdən keçirlər".
Geri qayıt