"Fəlakət” həyat yoldaşından ayrıldı

"Fəlakət” həyat yoldaşından ayrıldı Ötən il fevralın 23-də ailə həyatı quran aktyor Elşən Orucov həyat yoldaşından ayrılıb.

Axşam.az-a istinadən məlumata görə, “Fəlakət” obrazı ilə məşhurlaşan sənətçi xanımı İlahə ilə bir müddətdir ayrı yaşayır. 2018-ci ilin dekabrında valideyn olan Elşən və İlahənin rəsmi boşanması barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, onlar ATV-də bir yerdə çalışan zaman tanış olublar. Hazırda İlahə ATV-dən uzaqlaşaraq, fəaliyyətini İTV-də davam etdirir.
Geri qayıt