Tanınmış bəstəkarı bacısı məhkəməyə verdi — 400 MİNLİK İDDİA

Tanınmış bəstəkarı bacısı məhkəməyə verdi — 400 MİNLİK İDDİA Tanınmış bəstəkar Sədaqət Arifqızı "UZİ Gülər" kimi tanınan həkim bacısı Gülər İbrahimova, bacısının həyat yoldaşı Maarif İbrahimov və bacısı oğlu Fuad İbrahimov tərəfindən məhkəməyə verilib.
"Ölkə.Az"-ın məlumatına görə, sözügedən iddiası əsasında iyulun 18-də Yasamal Rayon Məhkəməsində ilk iclas keçiriləcək. Bu barədə əməkdaşımızla söhbətində S.Arifqızı bildirib:
"Deməli, üç ildir bu mübahisəli məsələ bitmir ki. bitmir. Hər dəfə yeni-yeni iddialar qaldırırlar. Əvvəlcə Fuad dedi ki, ev mənimdir, sonra dedilər ki, evin pulunun yarısını biz vermişik. Tədricən şər-böhtanları artmağa başladı, həyat yoldaşımı bu işlərə qatdılar. Kürəkənimin adını isə lap əvvəldən çəkirdilər. Məhkəmələri 6-7 dəfə biz udmuşuq, bir neçə dəfə onlar udublar. Bunlar əmin idilər ki, iyunun 25-də keçirilən məhkəmə prosesində bunlar bizi udacaqlar və əşyalarımızı küçəyə atacaqlar. Amma iyunun 25-də məhkəmə qərar verdi ki, işə yenidən baxılmalıdır. İyunun 28-də yeni iddiayla məhkəməyə müraciət etdilər. Üç il əvvəl ARB-nin "Səhər-səhər" proqramında çıxış etmişəm. Guya həmin verilişdə mən bunları təhqir etmişəm, şərəf və ləyaqətini alçaltmışam. Mən hansı şərəf və ləyaqəti alçaltmışam? Ardınca saytlara verdiyim müsahibələrdə guya bunlara böhtan atmışam, alçaltmışam. İndi də iddia edirlər ki, oğlum, gəlinim, yoldaşım və mən hər birimiz bunlara 100 min təzminat ödəməliyik. Halbuki gəlinimin ümumiyyətlə bu məsələlərə aidiyyatı yoxdur, öz dərsləri, işləri ilə məşğuldur. Ümumilikdə 400 min manatlıq iddia qaldırıblar. Belə çıxır ki, bunlar öz şərəf və ləyaqətlərini 400 minə satırlar? Əgər mən sənin şərəf və ləyaqətini alçaltmışamsa, niyə pul söhbəti edirsən? Məgər pulla adamın şərəf və ləyaqəti yerinə qayıdır? Şəxsən mənə bir kəlmə söysələr, heç bir şeyin müqabilində o insanı bağışlamaram. Görünür, bunlar öyrəşiblər ki, hətta döyüləndə, təpələrinə yumruq dəyəndə də pul müqabilində bağışlaya bilirlər. Əslində, belə bir hadisə olub və mən bunu özümdən demirəm. Belə təzminat heç yerdə görünməyib, bu iddiaya hər kəs gülür. O verilişin videosu var. Televiziyada şərəf və ləyaqəti alçaldacaq nə deyə bilərəm ki? Olmuş hadisələri danışmışam ki, məni azara salıblar, sənətimlə məşğul ola bilmirəm. Yadımdan çıxıb ki, mən bəstəkaram, akademiyanın müəllimiyəm. Niyə demirlər ki, o verilişin "Youtube" kanalının altında doxsana yaxın söyüşlər yazıblar? Halbuki 29-cu polis bölməsində bu məsələ araşdırıldı və məlum oldu ki, Fuad İbrahimov o şərhləri müxtəlif adamların adından yazıb. Təhqir etmək budur. Nə edirlərsə, hansı haqsızlığı edirlərsə, Allaha tapşırmışam".
Qeyd edək ki, S.Arifqızı bir müddət öncə "Ölkə.Az" saytına müsahibəsində bacısının və bacısı oğlu Fuad İbrahimovun onun oğlu Ağasi Hüseynovun mənzilinə sahiblənmək istədiyini bildirmişdi.
Geri qayıt