"İtə də bir əppək borcu var"

"İtə də bir əppək borcu var" Müğənni-bəstəkar Hacı Nazim Məmmədov "5/5" verilişinin qonağı olub.

Aparıcı sənətçiyə "Hansı müğənnidir ki, itə də bir əppək borcludur" sualını ünvanlayıb. Hacı Nazim isə ad çəkmədən Rəqsanə İsmayılovaya söz atıb:

"Çoxdur, ad çəkməklə aram yoxdur. Mənə borcu olan da var. Bu haqda mətbuatda yazmışdım bu haqda. Yenidən ona qayıtmaq istəmirəm. İtə də bir əppək borclu olandan bütün mətbuat yazıb. İndi ha onu denən, tövbə edəcək?".

Qeyd edək ki, bir neçə il əvvəl Rəqsanə ilə Nazim arasında pul qalmaqalı yaşanmışdı. Türkiyədə Caner Tepecik adlı mmusiqiçi nazim vasitəsilə Rəqsanəyə mahnı aranjiman etdiyini, amma pulunu almadığını bildirmişdi. "Nazimə görə, Rəqsanəyə 4 mahnı aranjiman etdim, 16 min dollar verməli idi. Amma mahnı hazır olsa da, ödəmədi. 1 ay sonra isə dedi ki, ödəyə bilməyəcəm" deyə, musiqiçi açıqlamasında demişdi.

Nazim isə müğənninin pulu qaytarmadığını, hətta kimlərə zəng vurdurub, onları hədələtdirdiyini söyləmişdi.
Geri qayıt