İlkin Bakı Nəqliyyat Agentliyini tənqid etdi: “Dərəbəylikdir” - Video
Aparıcı İlkin Həsəni Bakı Nəqliyyat Agentliyinin (BNA) işini tənqid edib.
Həsəni “Gənclik Mall” ticarət mərkəzinin qarşısından video paylaşaraq, yollardakı vəziyyətin bərbad olduğunu dilə gətirib:
“Yenə həftəsonu “Gənclik Mall”ın qarşısında tıxac, dərəbəylik, avtorgiya, bir sözlə, hər şey var. Avtomobilləri saxlayıb, gediblər. Taksilər dayanacağı zəbt edib. Bu insanlara və sürücülərə görə tıxacda qalırıq. Əslində, BNA-nın son illər ərzində gördüyü işləri ən çox alqışlayanlardanam. Cərimələmək səlahiyyətini əldə edəndən sonra düşündüm ki, ilk səliqə-səhman “Gənclik Mall”ın qarşısından başlayacaq, amma...”
Qeyd edək ki, aparıcı videonun sonunda Bakı Nəqliyyat Agentliyinə kinayəli salam göndərib.
Geri qayıtHəsəni “Gənclik Mall” ticarət mərkəzinin qarşısından video paylaşaraq, yollardakı vəziyyətin bərbad olduğunu dilə gətirib: