“Musanın ağ tellərini sevirəm”

Bu sözləri müğənni Təranə Qumral “Səhər-Səhər” proqramına qonaq olarkən deyib.
O, həyat yoldaşı, ifaçı Musa Musayevin ağ saçlarına heyran olduğunu bildirib. Verilişin digər qonağı M. Musayev isə söyləyib ki, “ağsaqqal” olmaq arzusundır:
“Mənim uşaqlıq arzu idi. Hər zaman ağsaqqal, məndən böyük insanlara baxanda deyirdim ki, kaş böyüyüb, yaşa dolaydım, mənim də ağ saçlarım olardı. Mən o həsrətlə yaşamışam. Amma ağ saçları qaranın altında gizlədib özümə ağsaqqal deyə bilmərəm. Hər bir yaşın öz gözəlliyi var”.