"Röya ilə heç telefonla da danışmırıq" - keçmiş əri müğənninin yalanını çıxardı

"Röya ilə heç telefonla da danışmırıq" - keçmiş əri müğənninin yalanını çıxardı İş adamı Anar Cəlilov keçmiş həyat yoldaşı Röya Ayxanın fikirlərinə münasibət bildirib

xalqxeber.az xəbər verir ki, Cəlilov Sonxeber.az-a açıqlamasında deyib ki, R.Ayxanla boşanandan sonra heç telefonla da əlaqə saxlamayıb:

"Yalnız oğluma görə, görüş olub. Amma şəxsi münasibətimiz yoxdur. Özü ilə görüşməmişəm, hətta telefonla da danışmamışam boşanandan sonra. Buna görə onun fikirləri həqiqətdən uzaqdır".

Qeyd edək ki, Röya qafqazinfo.az saytına müsahibəsində keçmiş həyat yoldaşı və ailəsi ilə yaxın münasibətdə olduqlarını bildirib. o, "Biz Anarla kağız üzərində boşanmışıq" demişdi.
Geri qayıt