Könül Xasıyevanın oğlunun səhhəti pisləşdi
Xalq artisti Könül Xasıyevanın oğlu Kazımın səhhətində problemlər yaranıb. Xalq artisti bu barədə “Show time” verilişinə açıqlamasında deyib.O bildirib ki, oğlunun səhhətində yaranan nasazlığa görə efirə qatıla bilməyib:
“Çox təəssüf edirəm ki, Kazımın və öz səhhətimlə əlaqəli canlı efirə gələ bilmədim. Salamatçılıq olsun. Mənim bir övladım var. O da xəstəlikdən əziyyət çəkir. Ona da qrip olmaq olmaz. Amma indi ölkədə yayılan qrip virusu oğlumu da tutub. Yəqin ki, Kazıma da məktəbdə uşaqlardan keçib. Qrip mənə də keçib. O üzdən ikimizdə yataq rejimində müalicə götürmüşük”.
