Könül Kərimovanın 172 manat işıq pulu borcu var - ÖDƏMİR

Könül Kərimovanın 172 manat işıq pulu borcu var - ÖDƏMİR Müğənni Könül Kərimovanın 172 manat işıq pulu borcu var. Bu barədə aparıcı Zaur Kamal 5/5 verilişində deyib. O bildirib ki, müğənni kommunal borclarını ödəmir.
K. Kərimova isə aparıcının sözlərinə bu cür münasibət bildirib: “Düz deyir, dünən dedilər ki, 172 manat borcum var. Oğlum dedi ki, ana, işıq pulunu ödəmək lazımdır. Dedim, gecikirəm, qayıdanda baxaram. İşığı çox işlədirəm. Evə girəndə hər yerdə işığı yandıra-yandıra gedirəm. Əlacım olsa, yatanda da yanılı qoyaram”.
Geri qayıt