Röya Aygünü məhkəməyə verdi
Əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəyləri məhkəməyə verib. Bu barədə sənətçinin vəkili Namiq Şükürov primetime.az saytına açıqlamasında bildirib:
“Röya xanımın adından onun şərəf və ləyaqəti müdafiə olunması ilə əlaqədar olaraq məhkəməyə müraciət edilib”.
Qeyd edək ki, əməkdar artist Aygün Bəylər “Səhər-səhər” verilişində Röyanın sənətinin olmadığını bildirmişdi.
***
Aygün Bəylərin prodüseri Sultan Mustafayev məhkəmə xəbərinə münasibət bildirib. O, danışaraq Röyanın onları məhkəmə ilə hədələdiyini qeyd edib:
“Röya Ayxan yenə sənətdən kənar olduğunu sübut elədi. Röya mənə verdiyi sözə əməl etmədi. Canı sağ olsun. Ondan qorxan ona oxşasın. Əgər sən xanım-xatın biri idinsə, barışıq əli uzadardın. Deməli, sən həqiqətəndə sənətkar yox, sənətdən kənar insansan”.
Geri qayıt“Röya xanımın adından onun şərəf və ləyaqəti müdafiə olunması ilə əlaqədar olaraq məhkəməyə müraciət edilib”.