Aytən Səfərovadan müğənnilərə SƏRT İRAD: “Gah əri bölüşdürə bilmirlər, gah da...”

Aytən Səfərovadan müğənnilərə SƏRT İRAD: “Gah əri bölüşdürə bilmirlər, gah da...” “Müğənnilər, bəsdir bir-birinizə təhqirlər yağdırdınız. Ayıbdır!”

Bu sözləri tanınmış aparıcı Aytən Səfərova feysbuk səhifəsində yazıb.

O, son zamanlar şou-biznesdə gedən qalmaqallara münasibət bildirərək onları həmrəy olmağa səsləyib:

“Təranə Qumral, Nazənin, Röya, Nigar, İradə, Tolik, Rəhim, vallah böyüyən nəslə örnək olmaq, həmrəy olmaq əvəzinə bir-birinizi "qırırsınız". Kənardan bu, çox pis görünür. Hər birinizin ayrı-ayrılıqda hörmətiniz, on minlərlə pərəstişkarınız var. Onların arasında mənim qızım kimi yeniyetmələr də mövcuddur. Hansı saytı açırsan, gah əri bölüşdürə bilməyiblər, gah paltar söhbəti gedir, gah biri digərindən şou-biznesdə üstün olmasını nümayiş etdirib öz eqosunu sakitləşdirir və s. Bir-birinizə düşmən kəsilməyin. Bir düşmənimiz var – mahnılarımızı özününküləşdirən erməni. Böyüklüyünüzü göstərin. Qarşıdan həmrəylik günü gəlir...”
Aytən Səfərovadan müğənnilərə SƏRT İRAD: “Gah əri bölüşdürə bilmirlər, gah da...”
Aytən Səfərovadan müğənnilərə SƏRT İRAD: “Gah əri bölüşdürə bilmirlər, gah da...”
Geri qayıt