Ümumi kamerada qalan Fədayə Laçın: Hamıya təşəkkür etdi

Ümumi kamerada qalan Fədayə Laçın: Hamıya təşəkkür etdi Hazırda Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılan tanınmış müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı Cebhe.info-ya açıqlamasında bu haqda danışıb:
“Hələlik appelyasiya şikayəti vermişik. Lakin heç bir cavab gəlməyib. Bakı Appelyasiya Məhkəməsinin cavabını gözləyirik. Ötən həftənin cümə günü Fədayə xanımla görüşdüm. Haqqında səsləndirilən fikirlərə görə minnətdarlığını bildirir”.
T.Süleymanlının sözlərinə görə, ümumi kamerada qalan müğənni həbsxanada müalicəsini davam etdirir:
“Fədayə xanım ev dustaqlığına buraxılmaq istəyir. Hələ ki, Appelyasiya Məhkəməsinin qərarını gözləyirik”.
Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
F. Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Geri qayıt