"Rəhim yekəbaşlıq edir" - Tolik

"Rəhim yekəbaşlıq edir" - Tolik Prodüser Tolik (Tarix Əliyev) müğənni Rəhim Rəhimlinin ünvanına sərt sözlər səsləndirib.

Prodüser “ATV maqazin 10-larla”ya açıqlamasında bunları deyib:

“Axır vaxtlar Rəhimdə çox yekəbaşlıq görürəm. Heç kimi bəyənmir, özünü Elton Conun yerində görür. Məclislərə 20 nəfər adamla gəlir, dostu, dostunun dostu, əmisi oğlu, əmisi oğlunun əmisi oğlu... Təzə işçiləri də gəlib qulağıma deyir ki, evimizə Rəhim müəllim gəlir. Nə qədər müğənni saya bilərəm ki, Rəhimin sənətindən yüksək sənətləri var. Rəhimlə Niyam Salami, bilirsiniz, niyə danışmır? Niyam qəzaya düşəndə zəng edib Rəhimə deyir ki, qəzaya düşmüşəm, o da deyir ki, qulağımda sırğa var, gələ bilmərəm. Amma Rəhim sonra dostları ilə qəza olan yerə gəlir və hadisə yerinə baxır, oradan gedir. Buna görə də Niyam ondan inciyib”.
Geri qayıt