"Həyatımda ən nifrət etdiyim işlə məşğulam"

"Həyatımda ən nifrət etdiyim işlə məşğulam" ARB TV-nin "Günə son" verilişininə canlı yayımda telefonla bağlanan Kənan (M.M.) Mahmudov maraqlı açıqlamalar verib.

O, son yazdığı qalmaqallı statusu barədə danışıb:

"Hərdən mənə ələ gəlir ki, ən nifrət etdiyim işlə məşğulam. Bunun səbəbini bilmirəm. Mən səhifəmə "Dəmir qazan" filmindən bir səhnə qoymuşam və 300 min izlənib. Amma ondan öncə adını sənət əsəri deyə biləcəyim "Qayıdış" və "Gecə qonağı"ndan səhnə qoymuşdum, amma o qədər izlənmədi. Buna bilmirəm üzülüm, ya sevinim. "Dəmir qazan" filmi komediya yox, gülməlidir. Azərbaycanda müasir filmlərin içərisində komediya janrında çəkilən bir film var. Həmin film "Oğlan evi"nin birincisidir. Digərlərini komediya filmi hesab etmirəm. Türkiyəli aktyorlarla bizimkilərin əsas fərqi odur ki, onlar daha çox pul alır. Mən əgər aktyor qədər pul qazansaydım, rejissor yox, prodüser olardım".
Geri qayıt