APARICI ZAUR BU DƏFƏ MƏTANƏTƏ SATAŞDI: "SARIL MƏNƏ ARXADAN, TƏK QALMIŞAM ..."

APARICI ZAUR BU DƏFƏ MƏTANƏTƏ SATAŞDI: "SARIL MƏNƏ ARXADAN, TƏK QALMIŞAM ..." Müğənni Mətanət Əsədova “5/5” verilişinin qonağı olub.

İfaçı ad gününü proqramda qeyd edib.

Aparıcı Zaur Kamal verilişdə velosipedə minərək, Mətanəti də yanına çağırıb:

"Gəl otur yanımda, tək qalmışam. Hind kinolarındakı kimi, sarıl mənə arxadan, sürək gedək".

Mətanəti isə cavabında:

"Mən ancaq birinə sarıla bilərəm. Ona da sarılmışam. Gecikmisən".

Daha sonra M.Əsədova aparıcının “Sənə Azərbaycanın nəyi deyirlər” sualına belə cavab verib:

“Mənə Azərbaycanın Mətanət Əsədovası desinlər. Cennifer Lopez deməsinlər, istəmirəm”.

Sevgidən danışan M.Əsədova “Sevgidən boğuluram. Sevgi içində qərq olmuşam” deyib.
Geri qayıt