Röya: “Əsəbini, bağırtısını görüb, şoka düşdüm”

Röya: “Əsəbini, bağırtısını görüb, şoka düşdüm” “Altın Kelebek” mükafatı əməkdar artist Röya Ayxanla Nigar Camal arasında qalmaqal yaradıb

"Türkiyənin Oskarı"na namizəd olan məşhurlardan Röyanın mükafat alması həmkarını əsəbləşdirib. Bu barədə Röya məlumat verib:

“Siz fotonu görürsünüz? Bunlar kimi olmadığım üçün üzümdəki ifadədən hər şeyi anladınız, yəqin. Yox? O zaman deyim. Mən bu qızı (Nigar Camalı nəzərdə tutur) dünyalar qədər sevirdim. Dünən ödül gecəsində əsəbini, bağırtısını görüb və mənə Allahın salamını verməyəndə şoka düşdüm. Niyə? “Ay Anar Ağakişiyev, bir şeymi var, ya da nəsə oldu” deyə, soruşdum. Gözəlim, niyə yoxsan? Haradasan? Niyə salam və ya Allahın təbrikini yanımda ola-ola yox, İnstaqramda yazırsan? İradə xala (İradə İbrahimovanı nəzərdə tutur) kimi sənə də sonra çatdı? Bir sözlə, qızlar, bilet alım, siz də minin, uçun evinizə. İndi burada bala KamAZ ana KamAZ-a yol göstərir?”.
Geri qayıt