Əli Mirəliyev Orxanın həbsindən danışdı: “Yerə soxum onu, elə bilirdi, İlhamə ölməyəcək"

Əli Mirəliyev Orxanın həbsindən danışdı: “Yerə soxum onu, elə bilirdi, İlhamə ölməyəcək" “Tək bu deyil ey, Orxan uzun illərdir ki, ona-buna “ata-ata” gedir. Elə bilirdi İlhamə ölməyəcək”.
Bunu AzNews.az-a açıqlamasında müğənni Əli Mirəiyev Xalq artisti, mərhum İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, İlhamə Quliyevanın sağlığında hamı ona zəng edib Orxanın dələduzluq yolu ilə aldığı pulu geri istəyirdi:
“Yerə soxum onu, İlhamənin elə ona görə ürəyi partladı da. Bir neçə adamdan iş düzətmək adı ilə pul almışdı. O, zəng edirdi ki, “İlhamə, Orxan məndən iş düzətmək üçün pul alıb, onu geri qaytar”, bu zəng edirdi ki, “verməsən mətbuata çıxacam”. Orxan kimdən pul almışdısa, onu İlhamədən tələb edirdilər. Nə qədər adama pul atıb. İlhamə də bütün bunları ürəyinə salırdı. Axırda İlhamənin ürəyi dözmədi...Öldü, amma yenə də Orxan yığışmadı”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs olunması xəbərini təsdiqləyib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polis əməkdaşlarının keçirdikləri əməliyyat – axtarış tədbirləri nəticəsində tutulub.
Geri qayıt