Natavan Dadodan boşanır - FOTO

Natavan Dadodan boşanır - FOTO Bu il ailə həyatı quran tanınmış müğənni Natavan Həbibi əri reper Dado Əliyevdən boşanmağa qərar verib.

Bu barədə ifaçının özü məlumat verib: “Mən bu gün sizlərlə səmimi olacam. Allah şahiddir ki, yaşadıqlarəım tam doğrudur. Bu gün günahımı boynuma alıram. Son aylarda ağlayaraq güldüyümü boynuma alıram. Sizdən dəstək istəyirəm. Çünki evliliyimizə son qoymağa qərar vermişəm. Bunun nə qədər çətin olduğunu çox adam bilir. Əlbəttə ki, heç bir qadın həyat yolunda tək addımlamaq istəməz. Mən də istəmirəm. Çox yorğunam, Həyat bəzən insanların çiyninə elə ağır yük qoyub, irəliləməsini tələb edir ki, ya o yükün altında qalıb məhv olmağı seçirsən ya azad olub irəliləməyi. İrəliləməkdə mənə dəstək olan hər kəsə o yüklərdən uzaq olmağı arzu edirəm”.
Qeyd edək ki, cütlüyün toyu bu ilin iyun ayında baş tutub.
Natavan Dadodan boşanır - FOTO
Natavan Dadodan boşanır - FOTO
Geri qayıt