50 illik fanatından polisə şikayət etdi

50 illik fanatından polisə şikayət etdi “Yeşilçam” ulduzu Fatma Girik prokurorluğa müraciət edib. Aktrisa şikayət ərizəsinə gənclik illərində Bekiştaşdakı evinə bir gəncin girməsindən başlayıb.

F. Girik çalışdığı məkanlara, studiyalara gələn şəxsin onu gizli təqib etdiyini söyləyib. Həmin pərəstişkarın aktrisanın Bodrumdakı evinə belə gəldiyini qeyd edib.

Aktrisa xəstəxanada müalicə alan zaman fanatının gizli şəkildə ora gəldiyini, gözünü açan zaman həmin şəxsin qarşısında gördüyünü deyib. Girik şikayət ərizəsində yazıb ki, pərəstişkarı ona bir məktub qoyaraq xəstəxanadan çıxıb. O, 50 ildir ki, rahatlığını pozan şəxsin cəzalandırılmasını tələb edib.
Geri qayıt