Azərbaycan kişisini təhqir edən aktrisaya sərt cavab: “O, bu ağılla erməni kişilərini də tərifləyəcək”

Azərbaycan kişisini təhqir edən aktrisaya sərt cavab: “O, bu ağılla erməni kişilərini də tərifləyəcək” Aktrisa Pərvin Abıyevanın Türkiyə mətbuatına müsahibəsində Azərbaycan kişilərini təhqir etməsi ictimai mühitdə böyük narazılığa səbəb olub.
Aktrisanın Azərbaycan kişilərini “kobud və köhnə fikirlidirlər” və “kişi olmayanlar da indi ayağa qalxıb” deməsi sosial şəbəkə istifadəçilərini onun üzərinə qaldırıb.
AzNews.az Pərvin Abıyevanın Azərbaycan kişiləri barədə işlətdiyi aşağılayıcı ifadələrə tanınmış şəxslərin münasibətini öyrənib.
Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov:

“57 ildir kino mühitindəyəm. Kino, sənətlə məşğul olan adamlar əxlaqsız, mənəviyyatsız söhbətlər etmirlər. Bəziləri kiminsə hesabına yaşayanları, kiminsə hesabına qadın olanları gətirib efirə çıxaranda axırı belə olur. Küçənin adamları kiminsə qucağında, kiminsə yatağında olandan sonra gəlib güya sənətlə məşğul olurlar, belələri nəinki Azərbaycan kişisini hətta xalqını da təhqir edir... Görün o, nə qədər əxlaqsız, mənəviyyatsız, savadsız qadındır. Başa düşmür ki, bizim hamımız türkük. Hansısa özü kimi səviyyəsiz bir gədəyə rast düşübsə o, Azərbaycan kişisinin obrazı deyil... İkincisi, o, Azərbaycanı təmsil edə bilməz. Üçüncüsü, mən onu tanımıram, orada kiməsə xoş gəlmək üçüb deyibsə, bunu da özü bilər. Bu onun həyat tərzidir. Mən belə bir aktrisa tanımıram, özü üçün karyera yığır. İnanıram ki, sabah o, bu axtarışla, əxlaq və ağılla Ermənistana getsə, orada erməni kişilərini tərifləyəcək. Gərək insanlar mütləq milli-mənəvi dəyərlər ruhunda qiymət alsınlar və yerini bilsinlər. Küçədə qalanları millətin başına çıxardanda o, nə istəsə deyəcək. Çünki ondan başqa heç nə gözləmək mümkün deyil. Bunu nə kinonun, nə də türkün adına bağlamayın. Türk dünyasının gözü, tarixi də bizimlə, yəni Azərbaycanda yaşayan azəri türkləri ilə bağlıdır. “Dəliyə yer ver əlinə bel ver”, - deyiblər. Ən böyük faciə belə həşaratları ortaya çıxaranlardadır. Bunların hamısı geni, qanı qarışdırılmış insanlardır. Azərbaycan kişisinin kim olduğunu min illərdir dünya bilir. O, özünə əgər başqa şey axtarırsa Allah işini avand eləsin. İnanmıram ki, ona Türkiyə dəstək versin. Yenə sıxılmış limon kimi suyu süzülə-süzülə gəlib qapımızda yatacaq. O da qələt edir, onun düşüncələrində olanlar da”.
Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının üzvü Azər Həsrət:

“Pərvin Abıyeva? O kimdir ki? Nəsə bu adı ilk dəfə eşidirəm. Üzrlü sayın, bəlkə kim olduğunu deyəsiniz? Aktrisadır? Açığı, Azərbaycan filmlərinə sevə-sevə baxan birisi kimi bizdə bu adda aktrisa olduğunu sizdən eşidirəm. Başa düşmədim, bu xanım bu gənc yaşında bütün kişiləri necə yoxlaya bilib? Yəni şəxsən mən onu tanımıram və təbii ki, o da məni tanımır. Eləcə də minlərlə, milyonlarla başqa kişini. Belə olan halda bizim kobud və köhnə fikirli olmağımız haqqında qəti qərarı necə verə bilib? Hər halda belə bir fikir səsləndiribsə, yaxşı etməyib. Ola bilsin, bu xanımın hansısa azərbaycanlı kişi və ya kişilərlə problemi var. Yəni şəxsi çevrəsində dediyi xarakterli kişilər var. Ona görə də kompleksə qapılıb, elə sanıb ki, bütün kişilərimiz elədir. Əvəzində isə deyir ki, Türkiyə kişiləri romantik olur... Allah, Allah! Lap bu qədər yəni? Anlamadım, əgər o xanımın Türkiyədə hansısa bir kişi ilə şəxsi əlaqə qurmaq planı varsa, niyə bunu ədəb çərçivəsində etmir? Türkiyənin də, Azərbaycanın da həm romantik, həm də kobud və gerizəkalı kişiləri istənilən qədərdir. Amma bu özəllikləri ümumiləşdirib hamıya aid etmək olmaz axı. Bu xanımın sizdən eşitdiyim fikri tısbağanın qınından çıxıb qınını bəyənməməsini xatırlatdı mənə. Şəxsən özüm yeri gələndə hər kəsin qibtə edəcəyi qədər romantik adamam. Amma bundan adını çəkdiyiniz və aktrisa olduğunu dediyiniz xanımın əsla xəbəri yoxdur, ola da bilməz. Çünki, mənim və mənim kimi milyonlarla Azərbaycan kişisinin romantikliyinin öz xanımlarımıza, sevgililərimizə dəxli var. İndi bu xanımın bəxtinə də, görünür, kobud olanlarımızdan kimsə düşüb. İstənilən halda ölkə xaricində ümumiləşdirmə apararaq belə fikir səsləndirmək həm də o xanımın dünyagörüşünün məhdudluğundan xəbər verir. Bizə isə sadəcə o cür düşünən və davrananlara təəssüflənmək qalır...”
Qeyd edək ki, aktrisa Pərvin Abıyeva Türkiyə mətbuatına müsahibəsində Azərbaycan kişilərini təhqir edib. Aktrisa sevgili olduğu deyilən türkiyəli müğənni Rafet El Romanla bağlı suala belə cavab verib:
“O, çox romantikdir. Bilmirəm mənə elə gəlir, amma ümumi mənada sevimli görünüşü var. Bizim Azərbaycan kişiləri belə deyil...Onlar biraz kobud və köhnə fikirlidirlər. Türkiyə kişiləri qədər romantik deyillər”. Bundan sonra o, “kişi olmayanlar da indi ayağa qalxıb” - deyə Azərbaycan kişilərini ikinci dəfə təhqir edib.
Geri qayıt