"Çətin bir qadınam"

"Çətin bir qadınam" "Sen kiminle dans ediyorsun" filmindəki rəqs səhnələri ilə diqqət çəkən aktrisa Demet Özdemir yeni müsahibəsində maraqlı etiraflar edib.

Aktrisa çətin bir xasiyyətə sahib olduğunu deyib:

"Çətin bir qadınam. Balıq bürcündənəm. Çətin olduğum qədər də mülayim, kövrək biriyəm. Başqalarını özümdən çox düşünürəm. Ailənin kiçik qızıyam, nazəmı qəbul edirlər. Anam vəkil olmağımı istəyirdi. Məktəbdə hər zaman dərslərimdə birinci olurdum. Valideynlərim heç vaxt oxumaq üçün məni məcbur etmirdi. İndi də aktrisalıq sahəsində ən çox valideynlərimdən dəstək alıram".

Demet sevgilisi, futbolçu Oğuzhan Özyakupla bağlı sualları cavabsız qoyub. Aktrisa qazandığı pullardan söz açıb:

"Bu haqda danışmayaq. Ancaq işlərim gündəmdə olsun istəyirəm. Pullarımı anam və bacım yığır. Mən daha çox qazanmaqla məşğulam".
Geri qayıt