“Qılman doktor" məmur oğlunun hədiyyə verdiyi maşınla qayda pozur - VİDEO

“Qılman doktor" məmur oğlunun hədiyyə verdiyi maşınla qayda pozur - VİDEO "Bozbash Pictures”in Qılmanı maşın sürməyi öyrənir. “Maşın” şounun iştirakçısı İlkin Misgərlinin sosial şəbəkədə maşın idarə etdiyini göstərən videosu yayılıb. Şouda maşın qazanmasa da, məmur oğlu tərəfindən aktyora avtomobil hədiyyə edilmişdi. Təqdim edilən videodan maşın sürə bilmədiyini deyən İlkin Misgərlinin artıq dərslərə başladığı görünür. Lakin o, yol hərəkəti qaydalarını bilmədən avtomobili qapalı zonada yox, ümumi istifadədə olan yolda idarə edir. Bu isə olduqca təhlükəlidir. Hələ onun sürücülük vəsiqəsinin olub-olmadığı də məlum deyil.

Avtosfer.az
Geri qayıt