""Dombalan" deyirlər..." - Təranə Qumral gündəmi dəyişdi

""Dombalan" deyirlər..." - Təranə Qumral gündəmi dəyişdi Təranə Qumral qalmaqalları sevməsə də, növbəti açıqlamasından qalmaqal qoxusu gəlib.
Jurnalistin “Sizə niyə həmişə qalmaqal yaradan insan kimi baxırlar?” sualına Təranə odlu-alovlu cavab verib:
“Musa bir dəfə qalmaqal yaratdı, elə onunla da qaldı. Əslində qalmaqalı sevmirəm. Mən gündəmi öz gözəlliyimlə qoruyub saxlayıram. Çoxlarını reklam elədim, gündəmə gətirdim. Birini dedi, beşini dedim. Gördüm ki, mən dedikcə, o, göbələk kimi yerdən çıxır. “Dombalan” deyirlər, meşədə bitir, onun kimi. İndi qarşılarında o saf Təranə yoxdur. Mən hiyləgər deyiləm, ancaq ağıllı qadınam. Öz güclü siyasətim var.
Xatırladaq ki, Təranə Qumral bir vaxtlar həmkarı Nazəninlə qalmaqalı edib gündəmə gəlmişdi.

A24.az
Geri qayıt