Kamil Zaynallını dönüşdə "Qarabağ"ın təyyarəsinə qoymadılar

Kamil Zaynallını dönüşdə "Qarabağ"ın təyyarəsinə qoymadılar İdmançı Kamil Zeynallı "Qarabağ"ın təyyarəsində söyüş söydüyünə görə gündəmə gəlmişdi.
K.Zeynallı Çempionlar Liqasının qrup mərhələsində dünən qarşılaşan "Atletiko Madrid" və "Qarabağ" matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşmüşdü.
K.Zeynallı təyyarədə olarkən "Instaqram" vasitəsi ilə canlı yayıma qoşulmuş, "Məhəmməd Maqa" adlı "Instagram" istifadəçisinin ona qarşı xoşagəlməz şərhinə görə təyyarədə həmin şəxsin özünə və ailəsinə yüksək səslə söyüşlər söymüşdü.
Həmin vaxt təyyarədə heç kim Kamilin bu tərbiyəsiz hərəkətinə reaksiya verilməsə də bu gün Bakıya qayıdan "Qarabağ" klubunun təyyarəsində Kamilin də gəlməsinə icazə verilməyib.
"Ölkə.Az" xəbər verir ki, klub rəhbərliyi ona bu hərəkətinə görə futbolçular və digər qonaqlarla birgə eyni təyyarədə uça bilməyəcəyi, Bakıya özünün qayıtmasını bildiriblər.
K.Zeynallı isə rəhbərliyin bu addımından pərt olub və klub rəhbərliyinə düzgün addım atmadıqlarını desə də nəticə dəyişməyib.
Xatırladaq ki, "Qarabağ" Madriddə "Atletiko Madrid" ilə 1-1 heç-heçə edib.
Geri qayıt