“Maşın şou"nun daha bir iştirakçısına maşın bağışlandı

“Maşın şou"nun daha bir iştirakçısına maşın bağışlandı "Maşın şou"da iştirak edən aktyor İlkin Misgərliyə avtomobil hədiyyə olunub.

Aktyora bahalı avtomobil hədiyyə edilib. Avtomobili aktyora şounun daimi tamaşaçılarından biri verib. Məsələ ilə bağlı aktyorla əlaqə saxladıq, o xəbəri nə təsdiq nə də təkzib etdi:

"Bu haqda danışmaq istəmirəm. Hər kəs axşamı gözləsin, Murad Dadaşov hər şeyi özü açıqlayacaq.”

Qeyd edək ki, oyundan uzaqlaşan İlkin açıqlamasında "Bir gözüm telefondadı. Elə bilirəm ki, kimsə zəng edib mənə avtomobil hədiyyə edəcək” demişdir.
Geri qayıt