Rəşadın bıçaqladığı deyilən meyxanaçı danışdı

Rəşadın bıçaqladığı deyilən meyxanaçı danışdı Meyxanaçı Rəşad Dağlı tərəfindən bıçaqlandığı deyilən həmkarı Rüfət Nasosnu danışıb.

O, “Qafqazinfo”ya açıqlamasında yayılan məlumatı təkzib edərək belə cavab verib:

“Ayağımın birini kəsiblər, Gülhanədəyəm. Burada əlacımı tapa bilmirlər, gedirik Klivlentə. (gülür).

Xəbər yanlışdır. Quşdur da, buraxıblar. Həmin sayt zəng eləmişdi mənə, belə işlərə heyfislənirəm. Hansısa xəbər portalıdır, istəyir təcili bir şey eləsin, xəbər yaysın. Onlara da dedim ki, verərəm səni məhkəməyə, 10-15 min alaram səndən saytını bağlayaram”.

Qeyd edək ki, sözügedən xəbəri Ölkə.az saytı yayımlayıb.
Geri qayıt