“Boynuma ağırlıq verirdi...” - Sinəsini kiçiltdirən Samirə

“Boynuma ağırlıq verirdi...” - Sinəsini kiçiltdirən Samirə Meyxanaçı-müğənni Samirə Yusifqızı bir müddət öncə əməliyyat yolu ilə sinəsini kiçiltdiyinə görə peşmandır.

Bu barədə ifaçı “Show time” verilişinə açıqlamasında deyib. O bildirib ki, bir daha əməliyyat masasına əyləşməz:

“Sinəm boynuma ağırlıq etdiyinə və kürəyimə ağrı verdiyinə görə kiçiltdirdim. İndiki ağlım olsaydı, əməliyyat etdirməzdim. O yükü daşıyardım, amma etdirməzdim, çünki mütləq fəsadlar olur.

Bir yer balacalaşırsa, o başqa yerdə özünü göstərməyə başlayır. Biz elə bil ki, Allahla davaya çıxmışıq. Həkim bizi güclə çağırmır, özümüz gedib bıçağın altına giririk. Növbəti dəfə əməliyyata girmərəm”.
“Boynuma ağırlıq verirdi...” - Sinəsini kiçiltdirən Samirə
“Boynuma ağırlıq verirdi...” - Sinəsini kiçiltdirən Samirə
Geri qayıt