Aktrisa Bakı məktəbində Dövlət himninə qarşı hörmətsizlikdən yazdı

Aktrisa Bakı məktəbində Dövlət himninə qarşı hörmətsizlikdən yazdı Bu gün Azərbaycanda Bilik günü qeyd olunur. 2017-2018-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərində 1 445 049 şagird təhsil alacaq.
Aktrisa Könül Yusifqızı bu gün Bakıda yerləşən 86 saylı orta məktəbdə valideynlər arasında müşahidə etdiyi xoşagəlməz davranış barədə sosial şəbəkədə fikirlərini bölüşüb.
Aktrisa himn səslənən zaman valideynlərin buna hörmətlə yanaşıb, dinləmək əvəzinə, reaksiya verməyərək, söhbətləşməsini tənqid edib. O bildirib ki, bu cür valideynlər övladına vətənini sevməyi aşılaya bilməz.
“Xətai rayonu 86 saylı məktəbdə himn səslənir, valideynlərin çoxu heç reaksiya da vermir. Dəhşət! Bəs bu valideynin övladı vətəni necə sevəcək? Xüsusilə də qadınlar. Yəni, 3 dəqiqə çətindir dinləmək? Uşağa tərbiyəni verən də anadır. Əgər ananın dövlət atributlarından xəbəri yoxdursa, əgər ana himni bilmirsə, demək ki, dövlətini, vətənini lazımınca sevmir və ya olduqca savadsızdır.
Məktəb də günahkardır. Demək, şagirdlərinə dövlət atributlarını doğru, düzgün anlatmayıb. Anlatsaydı, heç olmasa şagirdlər bunu anlayardı”, - deyə o yazıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət himni haqqında 1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edilib.
Aktrisa Bakı məktəbində Dövlət himninə qarşı hörmətsizlikdən yazdı
Aktrisa Bakı məktəbində Dövlət himninə qarşı hörmətsizlikdən yazdı
Geri qayıt