Rəqsanənin qızı o şəxsləri polisə verəcək: "Həbs gözləyir"

Rəqsanənin qızı o şəxsləri polisə verəcək: "Həbs gözləyir" Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova müğənniliyə başlaması barədə danışıb. Açıqlama verən A.İsmayılova bildirib ki, gələcəkdə “Nömrə 1” müğənni ola bilər: “Yeni layihələrim çoxdur. Yaxın günlərdə ilk mahnımı təqdim edəcəm. İnşallah, bu son yox, axarıncı olar. Bu yolda həvəskar müğənniyəm. Bilmək olmaz, bəlkə gələcəkdə “Nömrə 1” müğənni oldum. Bu, qismətdir. Yeni mahnımın söz və musiqisi Zülfi Bədəlovun, aranjemanı Elvin Musayevindir. Bir dənə də mahnı oxumuşam. O isə anamın repertuarında sevilən mahnılardan biridir. Həmin mahnını yeni aranjemanda oxuyacam”.

O bildirib ki, müğənniliyə başladığına görə ona gələcək tənqidlərdən narahat deyil: “Mən qorxmuram ki, tənqid olunacam. Çünki onların fikirləri mənə önəmli deyil”.

A.İsmayılova bildirib ki, bu gündən sonra ona sosial şəbəkədə tənqid yazanlar qanun qarşısında cavab vermiş olacaq: “İlk xəbərdarlığımı sizin vasitənizlə edirəm. Yəqin, xəbərləri var. Təzə qərar çıxıb ki, sosial şəbəkədə insanları təhqir edənləri məhkəmə yolu ilə həbs gözləyir. Biri var elə belə təhqir, biri də var ki, çox irəli gedirsə, onu mən şəxsən polisə verəcəm”.
Geri qayıt