Əməkdar artistdən növbəti şeir: "Tikin məni..."

Əməkdar artistdən növbəti şeir: "Tikin məni..." Ətrafındakı qalmaqallar səngiməyən Əməkdar artist Elza Seyidcahan "Tikim sizin ağzınızı..." seriyasından növbəti şeirini yazıb.

Sözügdən şeiri olduğu kimi təqdim edirik:

"Tikin məni divarlara
Hörük olum.
Dəlik olum qaranlıqdan
Baxanlara,
işıq olum,
Uçanlara səmalarda
Qanad olum.
Selik olum ağızlardan
Axanlara,
Tikim, tikim məbəd olum
Nizələrə taxın məni
Tökün məni kuzələrə
Badələrə süzün məni
Zirvələrdə, yüksəklərə
çapın məni
Məşəllərə sancın məni
Tikim sizi qübbələrdə,
naxışlarda.
Sərin məni,
Sərin sular ürəklərə yayılsın.
Vurun məni
Könüllərin zirvəsində
Taxın məni.
Dülgərlərin ən şərəfli
Sənətində döyün məni.
Görün məni
Yuxularınız çin olanda
Sevin məni.
Öyün məni dostlarınızla
masalarda.
Tapın məni axtaranda,
Səpin məni gözlərinizə
Təpin məni.
Çəkin məni, nazımı çəkin
Qurtaran deyil
Tərəzidə yükümə baxın
Seçin məni
Dönən deyil.
Vurun məni mismarlara.
Tikim sizin ağzınızı
Qırxayaq kimi.
Dartım, sıxım sapınızı
Barama kimi.
Geyim cırım corabımı
Çatana kimi.
cırın-cırın
Siz də geyin, cırın, qaçın
Xəyallara batana kimi.
Tikim sizin ağzınızı
Boğana kimi, yatana kimi.
Çıxan sözün mənasını
Bilim sizin ağzınızdan
Sizə ziyan,
Bizə tiyan,
Ona tikan
Mənə böhtan
Atanların halına baxın
Həkk, həkk, həkk edin.
Söyün məni, soyunum töküm
Kirimi, kirimi belli olum
Kinimi, kinimi
Bələyini büküm, beşiyə atım
Dərəyə çatım, qəbirə baxım
Qorxum qaçım, dağlara çapım.
Göydən yerə daş yağdı
Tikim sizi.
Torpaqdan göyə qar yağdı
Oynadım sizi.
Qaya üstündə qurd yatdı
Didim sizi
Çəmən üstə şeh azdı
Yolu azdı
Tarixlərə göl yazdı
Siz də tikin
Tikin məni
Yaman sözlər,
Yanan sözlər,
Məsh sözlər,
Məst sözlər,
İlahilər oxuyum
Həkk, həkk, kəkk edin
Aşiqləri.
Tərk, tərk, tərk edin
Cahilləri".
Geri qayıt