Alişan nişanı qaytarmağından yazdı

Alişan nişanı qaytarmağından yazdı “Eda ilə ayrılmağım barədə yayılan xəbərlər doğrudur. Münasibətimizin nikahla bitməsini istərdik. Amma olmadı”.

Bu sözləri Alişan rəsmi instaqram səhifəsində yazıb. Müğənni nişanlısı Eda Erolla ayrılmağı barədə yayılan xəbərləri təsdiq edib:

“Nişanlanma dövrü bir-birimizi tanımaq üçün idi. Biz bu vaxt ərzində bir-birimizi anlamadığımızı başa düşdük. Danışaraq qarşılıqlı şəkildə ayrıldıq, öncədən ailəmizə məlumat verdik.

Onlar bizi barışdırmaq üçün addım atdılar, sağ olsunlar. Amma iki şəxs verdiyi qərardan əmindir. Bu ayrılıqdan sonra bir-birimizə düşmən olmamışıq, hər şey normaldır. Eda mənim yaddaşımda yaxşı bir xanım kimi qalacaq”.
Geri qayıt