İcra Hakimiyyəti Nehrəmdə 3 hamamın layihə-smeta sənədlərinə 14 min manat xərcləyəcək

Yeniavaz.com xəbər verir ki, “Kon-Lay Project” MMC Babək rayon İcra Hakimiyyətinin sifarişi əsasında Nehrəm qəsəbəsində 3 ədəd sanitar qovşağın layihə-smeta sənədlərini hazırlayacaq və qarşılığında 14 min 100 manat alacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan “Kon-Lay Project” MMC-nin qanuni təmsilçisi Həsənov Anar Əzimxan oğludur.
Yeniavaz.com