TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Bu barədə TƏBİB-dən məlumat verilib.
“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.
13:03
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.
Sənət adamları bununla bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.
Məlumatı "Report"a Əməkdar artist Firuzə İbadovanın qızı Hülya təsdiqləyib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, C.Məmmədov 1954-cü ildə anadan olub.