Tünzalə Ağayeva hansı mükafatları pulla alıbmış? – ŞOK AÇIQLAMA

Tünzalə Ağayeva hansı mükafatları pulla alıbmış? – ŞOK AÇIQLAMA Əməkdar artist Tünzalə Ağayeva əksər titullarını pulla alıb. Əvvəl 2011-ci ildə “Bakı payızını”, sonradan 2013-cü ildə isə Yaltada keçirilən Qran prini”.

Bu sensasiyalı məlumatı saytımıza Tünzalə Ağayevanın keçmiş əri Rəhman Əliyev bildirib.

Rəhman bəyin dediyinə görə, Tovuzda sıradan bir pianino müəllimi olan Tünzaləni Bakıya gətirib Vaqif Gərayzadəylə tanış eləyib.

“Düzdür, dostlarım mənə inanmadı, dedilər ki, hazırda Azərbaycan estradasında Aygun, Zülfiyyə, Brilyant kimi nəhənglər var, o, burada baş çıxarammayacaq. Amma mən Vaqif Gərayzadəylə tanış olandan sonra belə qərar gəldim ki, onu sınayaq. Həmin vaxt musiqi məktəbində müəllimə işləyirdi və indiki pulla 13 manat maaş alırdı. Evdə də mahnılar yazırdı. İçimdə bunun istedadına heyfim gəlirdi ki, niyə itib batsın? Mən həmişə fikirləşirdim ki, qadın niyə qapalı olmalı, evdə oturmalıdır?”

Rəhman Əliyevin dediyinə görə, o, Tünzaləni əvvəl müğənni kimi yox, bəstəkar kimi Bakıya gətirib Vaqif Gərayzadəylə tanış edib. “Elə oldu ki, Vaqif Gərayzadə onun mahnısını öz ifasında eşidib dedi ki, bu, özü elə oxuyandır də. Sonra bu mahnını lentə yazdırdıq, radiolarda səsləndirildi və bütün Azərbaycanda sevildi. Bizdə maraq yarandı və Bakıda qalıb albom üzərində işləməyə başladıq”.

Rəhman bəyin dediyinə görə, 2001-ci ildə Bakıda “Bakı payızı” müsabiqəsi keçirilirdi və bu müsabiqədə ərəfəsi Yalçın adlı prodüserlə tanış olublar.

“Bu müsabiqədə 3 min dollar verdik ki, Tünzalə birinci yerə çıxsın. Sonra Respublika Sarayında yüksək səviyyəli konsert təşkil etdik. İki il sonra isə Tünzalə Yaltaya getdi və 15 min dollar verib bu müsabiqədə Qran-prini aldıq. Yaltadan gələndən sonra o qədər reklam etdilər ki, Tünzalə uğurdan başgicəllənməyə düşdü. Amma elə məqamlar da var ki, hələ danışmaq istəmirəm, çünki yer-yenindən oynayar”, deyə Rəhman Əliyev bildirib.

Xeberdar.net
Geri qayıt