Prezidentdən Ramiz Əskərovla bağlı SƏRƏNCAM

Prezidentdən Ramiz Əskərovla bağlı SƏRƏNCAM  Ramiz Baxşəli oğlu Əskərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, professor R.Əskərov 2016-cı ildən Bakı Dövlət Universitetinin Türk xalqları ədəbiyyatı kafedrasının müdiridir.
Geri qayıt