Əli Mirəliyev: “Onu Azərbaycan vətəndaşlığından çıxartmaq lazımdır!”
- 17-07-2017, 15:35
- 192 979
Bunu açıqlamasında Əli Mirəliyev bildirib.
Səslənən fikirlərlə əlaqədar goldnews.az-a açıqlama verən Naz azərbaycanlı müğənnini kəskin tənqid edib: “O kişi həmişə baxır ki, unudulur, kimsə üzünə baxmır, gündəmdə olanlara sataşır ki, gündəmə gəlsin. O ki qaldı baş ucaltmağa, özü guya başımızı ucaltmaq üçün nə edib? Mənim dərdimi çəkəcəyinə gedib xeyirli bir iş görsün. Yazıqlar yəqin çabalayırlar ki, Türkiyə gündəminə düşsünlər. Mənim adımdan istifadə etmək istəyirlər. Vətəndaşlıqdan çıxmağa qalsa, ətrafına baxsa, o ada layiq bir çox insan görəcək. Bir də qeyd edim ki, adımla özünü vacib adam kimi göstərməsin. Ona gündəmdə qalmaq üçün ikinci cavab gəlməyəcək. 24 yaşda boşanan bir tək mən deyiləm. Yenə deyirəm, şəxsi həyatımı necə yaşayacağıma kimsə qarışa bilməz”.
mətbuat.az