2 saylı Uşaq Evi yardım YIĞIR? – FOTOFAKT-la bağlı rəsmi AÇIQLAMA
- 8-11-2023, 10:17
- 955
Dövlətin balansında olan Uşaq evinə pul yığılması sosial şəbəkələrdə ciddi müzakirə doğurub. Paylaşımların altında dövlət müəssisəsinə yardımın toplanması tənqidlə qarşılanıb.
Məsələ ilə bağlı 2 saylı Uşaq Evindən Bizim.Media-ya bildirilib ki, sözügedən yardım kampaniyasından xəbər tutan kimi hüquq mühafizə orqanlarına bu barədə müraciət ediblər:
“Paylaşılan məlumat reallığı əks etdirmir. 2 saylı Uşaq Evi tərəfindən yardımla bağlı hər hansı çağırış edilməyib və paylaşımların bizə heç bir aidiyyəti yoxdur”, - Uşaq Evindən bildirilib.
Qeyd edək ki, 2 saylı Uşaq Evinin direktoru Sevda Hacıyevadır.
Xatırladaq ki, sözügedən Uşaq Evinin adı bir neçə qalmaqallarda çəkilib. Ən son isə 3 il əvvəl Uşaq Evinin sakinlərinə fiziki və psixoloji təzyiq göstərilməsi ilə bağlı iddialar səsləndirilmişdi.
Alçina Amilqızı, Bizim.Media