“Həyəcanlı anlar yaşasalar da, yaxşıdırlar” - Komitə rəsmisi
- 7-10-2023, 19:00
- 1 044
Xalqxeber.org xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.
“Onların sağ-salamat vətənə qayıtmaları üçün Diasporla İş üzrə Dövlət Komitəsi və İsraildə olan diaspor təşkilatları əllərindən gələni etməyə hazırdırlar. Gün ərzində Samirə xanımla yenidən əlaqə yaradacağıq”, - deyə şöbə müdiri bildirib.
Qeyd edək ki, müğənni Samirə Əfəndi ailə üzvləri ilə birlikdə İsrailin Tel-Aviv şəhərində çətin vəziyyətdə qalıb.