“İçimizdən özümüzü az yeyin, ay murdarlar”
- 6-07-2017, 15:15
- 119 835
Bu sözləri Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. Teleaparıcı onu rəsmi instaqramda Zəhra ilə bağlı paylaşım etmədiyi üçün qınayanlara sərt cavab verib:
“Bəzi səviyyəsiz alçaqlar mənə ağıl öyrətməsin. Biz də insanıq. Ailəmizdə, sağlamlığımızda problem ola bilər. Dünən səhər saatlarında şəkil paylaşanda heç nədən xəbərim yox idi. Axşam bu hadisədən xəbər tutmuşam.
Şərəfsizcəsinə pul qazanan, kişilikdən xəbəri olmayan bəzi saytlar, bu hadisədən axşam xəbər tutmuşam. Bizə erməni lazım deyil, sizin kimi alçaqlar bəsdir. Gücünüz çatır gedin məmur ailələrinin, uşaqlarının rəsmi səhifələrinə ilişin. Heç biri paylaşım etməyib. Onlar daha çox rahat həyat yaşayır. Biz də sizin kimi qəpik-quruş qazanıb daşdan pul çıxardırıq, ailə-uşaq saxlayırıq. Nə gözünüzə girmişik, başınıza daş salmışıq?
Vüsalə xəstə uşaqlara dəstək olanda, balasının boğazından kəsib tək qadın canıyla köməklik edəndə kimsə halal olsun demir. Mənim də ailəmdə problem olub. Bütün günü instaqramda yatmalı deyiləm ki... Allahım şahiddir ki, dünən axşam xəbəri eşidib balamı qucaqlayıb nə qədər ağlamışam. Çünki o ananın yerinə sabah mən də, siz də ola bilərsiniz. Allah qorusun. O ailənin dərdi hamımızın dərdidir. İçimizdən özümüzü az yeyin, ay murdarlar”