“Qladiator 2” filminin çəkiliş meydançasında 6 nəfər yaralanıb

Şou-Biznes

“Qladiator 2” filminin çəkiliş heyətinin altı üzvü Mərakeşdə obyektlərin birində baş verən partlayış nəticəsində xəsarət alıb.
Məlumata görə, yanıq xəsarətləri alan 4 nəfər hələ də xəstəxanadadır. Ridli Skottun filminin aktyor heyətindən heç kim zərər görməyib.
“Təhlükəsizlik və tibbi xidmətlər zərərçəkənlərin dərhal lazımi yardımı alması üçün operativ tədbirlər görüblər. Onların hamısının vəziyyəti stabildir”, - deyə layihənin nümayəndələri bildiriblər.
İnsidentə səbəb qaz kəmərinin partlaması ola bilər.
Mənbə: lenta.ru