Azərbaycanlı reper İstanbulda saxlanıldı

Şou-Biznes

Azərbaycanlı reper Asya Əlizadə İstanbulda polis tərəfindən saxlanılıb. 
Xalqxeber.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb reperin kliplərində narkotikdən istifadəni təşviq etməsi olub.
Əlizadə polis bölməsində verdiyi ifadədən sonra sərbəst buraxılsa da, Azərbaycana göndərilmək üçün repatriasiya mərkəzinə təhvil verilib.