Fuad Poladovun teatrdan uzaqlaşma səbəbkarı kimdir? - VİDEO
- 25-04-2023, 21:41
- 2 234
Bunu Baku TV-nin “Retro Baku” verilişinin Fuad Poladova həsr olunmuş buraxılışında mərhum Xalq artisti ilə bağlı xatirələrini bölüşən aktyor Hikmət Rəhimov deyib.
Aktyor teatrdan öz ərizəsi ilə işdən çıxarkən F.Poladovun ona dəstəyindən danışıb.
“Ərizədə yazacağım cümləni belə Fuad müəllim demişdi. Həmin cümlə belə idi: “Mən belə yaradıcı mühitdə işləmək və qalmaq istəmirəm”. Çünki mən həmin an avressiv ola, artıq söz yaza bilərdim”, – deyə o söyləyib.
Verilişdə mərhum aktyorun həmkarı Vəfa Fətullayeva ilə qovuşa bilməməsindən də bəhs olunub.
Qeyd edilib ki, ətrafdakılar buna səbəb kimi aktrisanın anası Hökümə Qurbanovanın izdivaca mane olmasını göstəriblər.
Ətraflı verilişi təqdim edirik: